Rusiyanın ən böyük bankı olan “Sberbank”, sürətli iş axtarışı üçün Beremnarabotu.ru veb saytını işə salır.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
Qeyd edildiyi kimi, bu sayt vətəndaşların təcrid edilməsi və müəssisələrin müvəqqəti bağlanması tədbirləri ilə əlaqədar olaraq işə cəlb olunmasına kömək edəcəkdir.
Şirkətlər saytda öz hesabını aça, işçilərin sayı və ixtisaslarına dair məlumatları göstərə bilərlər, bu haqda “Sberbank” məlumat verib.
Hal-hazırda saytda 1,5 mindən çox vakansiya mövcuddur.
Yaxın günlərdə saytda yeni xidmətlər çıxacaq: fiziki şəxslər üçün boş iş yerlərinin axtarışı, şirkətlər üçün boş iş yerlərinin yerləşdirilməsi, habelə işçilərini işə düzəltmək istəyən şirkətlərin biznes hesabları.