Rusiyanın ən böyük elektron mağazalarından biri Wildberries Azərbaycana gəlməyi planlaşdırır

Rusiyanın ən böyük elektron mağazalarından biri Wildberries Azərbaycan, Gürcüstan və Tacikistan bazarlarına daxil olmağı düşünür.

Banker.az-ın məlumatına görə, Bunu şirkətin rəhbəri Tatyana Bakalçuk bildirib.

“MDB-də biz genişləndirməyi düşünürük, bəzi ölkələr bizim işləməyi planlaşdırdığımız ölkələr arasındadır. Məsələn, biz Azərbaycan, Tacikistan, Gürcüstan kimi ölkələri düşünürük”, – deyə Bakalçuk bildirib və əlavə edib ki, bu bazarlara daxil olmağın vaxtı barədə hələki açıqlama verə bilmir.

Son xəbərlər
Digər xəbərlər