“Bloomberg” tərəfindən dərc edilən “Milyarderlər indeksi”nə əsasən, Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 7.953 milyard dollar artıb:
– “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşov – sərvəti 2.14 milyard dollar artaraq 23 milyard dollar təşkil edib;
– NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin – sərvəti 1.35 milyard dollar artaraq 25.3 milyard dollara yüksəlib;
– “Lukoyl”un təsisçisi Vahid Ələkbərov – sərvəti 838 milyon dollar artaraq 25.5 milyard dollar təşkil edib.
Təbii qaz istehsalçısı “Novatek”in səhmdarı Gennadi Timçenko ən böyük itkiyə məruz qalıb, onun sərvəti 248 milyon dollar azalaraq 13.9 milyard dollara düşüb.






