10 C
Baku
Friday, December 13, 2024

Rusiyanın ən zəngin azərbaycanlı biznesmenlərindən biri həbs olundu

Rusiyanın, xüsusilə Sankt-Peterburq şəhərinin qida sahəsində ən böyük şirkətlərindən sayılan “İntertorq” şirkətinin və “Spar” ərzaq mağazalar şəbəkəsinin yerli franşizasına həmsahiblərdən olan Allahverdi Abdullayev həbs olunub.

Allahverdi Abdullayevlə birlikdə şirkətin 2 meneceri də saxlanılıb. Allahverdi Abdullayev “Sberbank”dan 8 milyard rubl (107 milyon dollar) vəsaiti oğurlamaqda təqsirləndirilir.

İstintaq sənədlərində kredit adı ilə dövlət bankları və s. maliyyə müəssisələrindən alınan vəsaitin xaricə çıxarıldığı vurğulanır.

Xatırladaq ki, Allahverdi Abdullayev qardaşı Müşfiq Abdullayevlə birgə Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda aktiv bizneslə məşğul  olur. Onlara məxsus “İntertorq” holdinqi – “Narodnaya Semya”, “İdeya” və “Spar” (regional franşiza) mağazalar şəbəkəsi aktiv fəaliyyət göstərir. 2018-ci ildə Abdullayevlər mağazalarının ümumi sayını 1000-ə çatdırmağı planlaşdırırdı. Lakin həmin ildən “İntertorq” şirkəti ciddi maliyyə sıxıntısı ilə üzləşdi.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər