13 C
Baku
Friday, November 22, 2024

Rusiyanın ən zəngin iş adamları $83.4 itiriblər

“Bloomberg Billionaires Index”in məlumatına görə, Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 83.4 milyard dollar azalıb.

Kasıblamış rusiyalı iş adamlarının siyahısında “Nornikel” mədən-metallurgiya şirkətinin və “Interros” holdinqinin prezidenti Vladimir Potanin də yer alıb. Onun sərvəti 1.08 milyard dollar azalaraq 29.8 milyard dollar təşkil edib.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Novatek”in idarə heyətinin sədri Leonid Mixelson bu ilin yanvarından 5 milyard dollar itirib, iş adamının sərvəti 27.4 milyard dollar dəyərində qiymətləndirilir. “Severstal”ın sahibi Aleksey Mordaşov isə 7.78 milyard dollar itirib, indi onun sərvəti 21.1 milyard dollar təşkil edir.

“Lukoyl”un eks-prezidenti Vahid Ələkbərov 1.86 milyard dollar itirib. “Bloomberg” 2012-ci ilin mart ayından etibarən planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı Milyarderlər İndeksini dərc edir.

Son xəbərlər
Digər xəbərlər