12 C
Baku
Wednesday, December 11, 2024

Rusiyanın ən zəngin milyarderləri ilin əvvəlindən $94 mlrd. itiriblər

Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən 93.616 milyard dollar azalıb, Banker.az bu barədə “Bloomberg Billionaires Index” (BBI) reytinqinin məlumatlarına istinadən xəbər verir.

Milyarderlərin ən zəngini, “Nornikel”in əsas sahiblərindən biri Vladimir Potanin 2022-ci ilin əvvəlindən 2.17 milyard dollar itirib. İndi onun sərvəti 28.7 milyard dollara qədər azalıb.

Sentyabrın ortalarında “Bloomberg” agentliyi ən zəngin amerikalıların sərvətinin gözləniləndən də pis inflyasiya məlumatları fonunda ABŞ fond bazarının çökməsindən sonra 93 milyard dollar azaldığını bildirib.

“Bloomberg Billionaires” indeksinə görə, ticarət sessiyası zamanı sərvəti 9.8 milyard dollar azalaraq 150 milyard dollara enən Ceff Bezos ən çox itkiyə məruz qalıb.

Son xəbərlər
Digər xəbərlər