Rusiyanın ən böyük 200 özəl şirkətinin gəlirləri 2020-ci ildə 43,4 trln. rubl (603 mlrd. ABŞ dolları) təşkil edib.
“Forbes” jurnalının verdiyi məlumata görə, COVID-19 pandemiyası fonunda sözügedən şirkətlərin gəlirləri ötən il ərzində 2,5% və ya 1,1 trln. rubl (15,3 mlrd. dollar) azalıb. Halbuki 2019-cu ildə gəlirlərdə 12,9%-lik artım qeydə alınıb.
Ölkənin ən böyük 200 özəl şirkəti arasında ən çox gəlir əldə edən Rusiyanın ən böyük özəl neft-qaz şirkəti sayılan “Lukoil” olub. Neft-qaz nəhəngi ötən il 5,639 trln. rubl (78,38 mlrd. dollar) gəlir əldə edib ki, bu da illik müqayisədə 28% azdır.
Rusiyanın ən böyük 200 özəl şirkətinin 2020-ci ildəki gəlirləri üzrə reytinqi:
# | Şirkət | 2020-ci ildəki gəlir, mlrd. dollar |
1 | Lukoil | 78,38 |
2 | X5 Group | 27,49 |
3 | Magnit | 21,60 |
4 | Nornickel | 15,63 |
5 | Surgutneftegas | 14,9 |
6 | Megapolis Group companies | 10,97 |
7 | Evraz | 10,71 |
8 | Tatneft | 10,02 |
9 | Novatek | 9,89 |
10 | Novolipetsk Steel | 9,29 |