3 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Rusiyanın 3 tələbi var – Bəs ABŞ və Avropa buna necə hazırlaşır?

ABŞ və Rusiya diplomatları arasında İsveçrənin Cenevrə şəhərində  “təhlükəsizlik zəmanəti” ilə bağlı müzakirələr ağır gedir.

Rusiyanın 3 tələbi var:

  1. NATO daha genişlənməməlidir, Ukraynna və Gürcüstan təşkilata üzv qəbul olunmamalıdır;
  2. ABŞ 1997-ci ildən bu yana NATO-ya üzv qəbul edilən ölkələrdən silahlı qüvvələrini və hərbi texnikasını çıxartmalıdır, başqa sözlə bu ölkələrdə Amerikanın hərbi bazaları ləğv olunmalıdır;
  3. ABŞ Avropa ölkələrində Rusyanı hədəf ala biləcək raket sistemlərini yerləşdirmək siyasətindən əl çəkməlidir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəbəri Elxan Şahinoğlu deyir ki, Rusiyanın bu tələbləri faktiki ABŞ və Avropaya ultimatumdur.

“Rusiya 3 ağır tələbin qarşılığında yalnız Ukrayna hücum etməyəcəyi təminatı verməyə hazırdır. Rusiya 1994-cü ildə Budapeştdə Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək addım atmayacağına dair sazişi imzalamışdı. Kreml həmin sazişi Krımı ilhaq etməklə və Donbasda separatizmə dəstək verməklə zibil yeşiyinə atdı. Bundan sonra kim zəmanət verər ki, Moskva Ukrayna ilə bağlı yeni sazişə də riayət edəcək?”

Vaşinqton Moskvanın 3 tələbindən birinci ikisini bəri başdan rədd edib.

“Vaşinqtonun Ukrayna və Gürcüstanın NATO üzvlüyünə qəbul olunmayacağı təminatı verməsi faktiki Kreml qarşısında ağ bayraq qaldırması olar, Ağ Evin heç bir administrasiyasi Rusiya qarşısında zəif görünməmək üçün bu addımı atmaz. Vaşinqton Kremlin “Şərqi Avropadan hərbi bazalarını yığışdır” tələbini də yerinə yetirməz. “Ermənistandakı hərbi bazalarını qapat” – tələbinə Kremlin reaksiyası necə olacaqsa, Vaşinqtonun da “Şərqi Avropadakı hərbi bazalarını qapat” tələbinə reaksiyası eyni olub və olacaq”- deyə Elxan Şahinoğlu bildirir.

Politoluq qeyd edir ki, rəsmi Vaşinqton Kremllə yalnız Avropada uzaq və orta mənzilli raketlərin yerləşdirilməsinin məhdudlaşdırılması mövzusunu müzakirə etməyə hazır görünür.

“Ancaq Vaşinqton bunun qarşılığında Rusiyanın atacağı addımları özü üçün müəyyənləşdirməlidir. Kremlin isə iştahası artıb və bunu Vaşinqton da müşahidə edir. Rusyanı durdurmağın yolu geri addım atmaq deyil, Kremlin artan tələblərinə qarşı müqaviməti gücləndirməkdir”.

Son xəbərlər
Oxşar xəbərlər