28 C
Baku
Saturday, July 27, 2024

Rusiyanın 4 aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviatsiya”) “Nordavia” aviaşirkətinə bir sıra beynəlxalq istiqamətlər üzrə uçuşlar təşkil etmək icazəsi verib.

“Rosaviatsiya”ya istinadən xəbər verilir ki, “Nordavia” Kipr, Slovakiya, Xorvatiya, Monteneqro və Belarusla yanaşı Azərbaycana (Lənkəran) da uçuşlar təşkil edəcək.

Sank-Peterburq-Lənkəran aviareysi həftədə üç dəfə həyata keçiriləcək.

Rusiya regionlarından Azərbaycana, həmçinin “Nordwind” (Mineralnıe Vodı – Bakı, həftədə 4 dəfə), “Nordstar” (Novosibirsk – Bakı, həftədə 1 dəfə), “Uralskie avialinii” şirkətlərinə də (İrkutsk – Bakı, həftədə 5 dəfə) uçuşlar təşkil etmək icazəsi verilib.

Bundan əlavə, “Yuteyr” aviaşirkəti Samaradan Bakıya və Sankt-Peterburqdan Lənkərana olan uçuş icazəsindən imtina edib.

Report

Son xəbərlər
Digər xəbərlər