2 C
Baku
Saturday, December 14, 2024

Rusiyanın 400 min tondan çox gübrəsi Avropa limanlarında qalıb

Rusiyada istehsal olunan 400 min tondan çox gübrə sanksiyalar səbəbindən Avropa limanlarında dondurulub.

Bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının mineral gübrələrin istehsalı və satışı üzrə komissiyasının sədri Dmitri Mazepin Prezident Vladimir Putinlə görüşü zamanı deyib.

“Əsas problem Avropa limanlarında çox miqdarda gübrənin dondurulmasıdır. “Uralxim” müəssisəsinin 262 min ton, “Akron” müəssisəsinin 52 min ton, “Euroxim” müəssisəsinin isə təxminən 100 min ton gübrəsi Estoniya, Latviya, Belçika və Niderland limanlarını tərk edə bilmir”, – deyə komissiyanın rəhbəri bildirib.

Dmitri Mazepinin sözlərinə görə, komissiya gübrənin inkişaf etməkdə olan bazarlara, o cümlədən Afrikaya göndərilməsi üçün problemi müxtəlif yollarla həll etməyə çalışır. “Uralxim” zavodu özünün Avropa limanlarında qalan gübrəsinin hamısının Afrikaya pulsuz çatdırılması üçün BMT-yə müraciət etməyə hazırlaşır.

Bir müddət öncə Vladimir Putin Avropa limanlarında yığılıb qalan gübrənin kasıb ölkələrə pulsuz çatdırmağa hazır olduğunu, lakin Avropa İttifaqının buna imkan vermədiyini deyib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər