25 C
Baku
Saturday, July 27, 2024

Rusiyanın $700 milyonluq yaxtasına həbs qoyuldu

İtaliya dəyəri 700 milyon dollar qiymətləndirilən “Şəhrizad” yaxtasına həbs qoydu.

Banker.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin verdiyi açıqlamada Yaxtanın sahibinin kimliyi müəyyən edilməyib. Lakin ABŞ rəsmiləri  yaxtanın Rusiya Prezidenti Vladimir Putinlə əlaqəli ola biləcəyini deyib.

Bildirilib ki, sözügedən yaxta uzun müddət hakimiyyət orqanlarının nəzarətində olub. Sonda isə Maliyyə Təhlükəsizliyi Komitəsinin təklifi ilə iqtisadiyyat və maliyyə naziri Daniele Franko yaxtaya həbs qoyulması barədə əmr verib.

 

 

Son xəbərlər
Digər xəbərlər