4 C
Baku
Tuesday, December 24, 2024

“Rusiyanın Afrika ölkələrinə taxıl tədarükü qiymət artımını dayandırmayacaq” – Blinken

Rusiyanın Afrika ölkələrinə təklif etdiyi taxıl tədarükü bazardakı vəziyyəti dəyişməyəcək və qiymət artımı problemini həll etməyəcək.

Bunu ABŞ-ın Dövlət katibi Antoni Blinken Fransanın RFI radiostansiyasına müsahibəsində bildirib.

“Rusiya 5-6 ölkəyə 50 min ton taxıl tədarük etmək ideyasını irəli sürüb. Rusiyanın bu təklifi okeanda bir damladır, problemi həll etmir. Bu, milyonlarla ton taxılın bazardan çıxarılması və ehtiyacı olanlara, xüsusən də inkişaf etməkdə olan ölkələrdə əlçatmaz olması faktını dəyişməyəcək”, – deyə Dövlət katibi qeyd edib.

Onun sözlərinə görə, Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində inkişaf etməkdə olan ölkələrə 20 milyon ton taxıl ixrac edilib. Müqavilə çərçivəsində ixrac edilən 20 milyon tona qarşı Rusiyanın təklif etdiyi 50 min ton müqayisəolunmazdır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər