29 C
Baku
Friday, July 25, 2025

Rusiyanın “An-24” təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb

Bu gün, iyulun 24-də Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Məlumata görə, təyyarənin qalıqları Tında şəhərindən 15 km məsafədə aşkarlanıb. Bildirilir ki, təyyarədə olan bütün sərnişinlər həlak olub.

Fəlakətin səbəbi nə olub?

TASS-ın fövqəladə hallar xidmətindəki mənbəsi bildirib ki, fəlakətin səbəbinin versiyaları arasında pis hava şəraitində eniş zamanı təyyarənin təpəyə çırpılması və ekipajın buraxdığı səhv ola bilər.

Rusiyanın Nəqliyyat üzrə İstintaq Komitəsinin Şərq İdarəsinin rəhbərinin birinci müavini Vladimir Anufriev TASS-a bildirib ki, nasazlıq və insan səhvi baş verənlərin mümkün versiyaları kimi nəzərdən keçirilir.

Məlumdur ki, səhər saatlarında Tında şəhərində yağış yağırdı. Blaqoveşenskdən gələn təyyarənin gecikmə ilə havaya qalxdığı bildirilir.

Son xəbərlər
Digər xəbərlər