8 C
Baku
Sunday, November 17, 2024

Rusiyanın avtomobil holdinqi işçilərinə kartof əkmək üçün pulsuz torpaq payladı

Rusiyanın Kalininqrad avtomobil holdinqi “Avtotor” (BMW, KIA və “Hyundai” kolleksiyası olan) öz işçilərinə tərəvəz bağları üçün pulsuz 10 sot torpaq sahələri paylayıb.

Bu barədə şirkətin saytında məlumat verilib.

“Avtotor”un təsisçisi və rəhbəri Vladimir Şerbakov aprelin 19-da “Forbes” jurnalına müsahibəsində deyib:

“Bizim insanlara kömək etmək üçün öz aqrobiznesimiz də var, onlara tərəvəz bağları üçün təxminən 300 hektar ayrılıb”.

Şirkətin saytında yer alan açıqlamada bildirilir ki, “ağır iqtisadi vəziyyətlə əlaqədar” işçilərə bağ sahələri verilir. Bağların salınması üçün 10 sot (1000 kvadratmetr) yerin ayrılması barədə qərar “Avtotor”un səhmdarları və rəhbərliyi tərəfindən qəbul edilib. Artıq torpaq sahələri səpin üçün hazırlanıb və şirkət əkin üçün kartof toxumunu öz işçilərinə satmaq niyyətindədir.

Ümumilikdə, “Avtotor”a məxsus tərəvəz bağları üçün iki torpaq sahəsi ayrılıb. Onların ümumi sahəsi 300 hektardır. Torpaq sahələri Kalininqrad yaxınlığında, Xolmoqorovka və Lyublino kəndlərinin ərazisində yerləşir. 10 sotluq torpaq sahələri püşkatma yolu ilə bölünür.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər