12 C
Baku
Sunday, October 27, 2024

Rusiyanın Azərbaycan ərazisindəki sülhməramlı kontingentinin komandanı dəyişdi

Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı dəyişib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verilir.

Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib.

Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub.

Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi.

Son xəbərlər
Digər xəbərlər