Xəbər verdiyimiz kimi, 2019-cu ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2 mlrd. 504,9 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 1 mlrd. 482,2 mln. dollar, idxalın dəyəri 1 mlrd. 22,7 mln. dollar təşkil edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin,

  1. 11,8 faizi Rusiya,
  2. 9,0 faizi Türkiyə,
  3. 8,6 faizi Çin,
  4. 7,9 faizi Avstraliya,
  5. 7,7 faizi İran,
  6. 6,2 faizi ABŞ,
  7. 4,6 faizi Belarus,
  8. 4,4 faizi Almaniya,
  9. 4,2 faizi Norveç,
  10. 3,6 faizi Kanada,
  11. 3,5 faizi Ukrayna,
  12. 3,2 faizi Yaponiya,
  13.  
  14. 25,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

İdxalda əsas lider pay sahibi olan – Rusiyanın bu barədə rəqəmi kiçilib. Belə ki, ötən il idxalda əsas pay sahibi olan Rusiya 18,5 faiz pay sahibi olduğu halda bu il, 11,8%-ə yuvarlanıb.

Bununla yanaşı, digər ən yaxın ticarət tərəfdaşı olan Türkiyinin Azərbaycanın idxal 9% pay sahibliyi olub ki, bu ötən ilin analoji dövründə bu rəqəm 12,9% idi.