18 C
Baku
Monday, May 27, 2024

Rusiyanın bəzi bölgələrindən quş əti gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında, Həştərxan vilayətində və Krasnodar diyarında qeydə alınmış yüksək patogen quş qripi (YPQQ) xəstəliyi aradan qaldırılıb.

Qida Təhlükəsizliyi Agentliyindən Banker.az-a verilən xəbərə görə, WOAH-nun “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, YPQQ xəstəliyi üzrə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan inzibati ərazi vahidlərinin həmin xəstəlikdən epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, WOAH-nun “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan inzibati ərazi vahidlərinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər