6 C
Baku
Sunday, December 15, 2024

Rusiyanın beynəlxalq ehtiyatları 3,7 mlrd. dollar azalıb

Noyabrın 25-ə Rusiyanın beynəlxalq valyuta ehtiyatları 385,7 mlrd. dollar təşkil edib. APA  RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Bankının yaydığı məlumatda deyilir.

Beləliklə, 18 noyabrdan etibarən ehtiyatlar 3,7 mlrd. dollar azalıb. Noyabrın 18-ə olan məlumatlara əsasən, şimal qonşumuzun beynəlxalq ehtiyatları 389,4 mlrd. dollar olub.

Maraqlıdır ki, bir həftə öncə də Rusiyanın ehtiyatları 3,7 mlrd. dollar azalıb.

Son xəbərlər
Digər xəbərlər