16 C
Baku
Friday, October 17, 2025

Rusiyanın beynəlxalq ehtiyatları $729 milyarda çataraq tarixi maksimumu yeniləyib

Rusiyanın beynəlxalq ehtiyatları 10 oktyabr tarixinə $729,5 milyard səviyyəsinə çatıb. Bu barədə Rusiya Mərkəzi Bankının məlumatlarında qeyd olunur. Bu, ölkə tarixində yeni rekord göstəricidir.

3 oktyabrda Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi $722,5 milyard təşkil edib. Həftə ərzində ehtiyatlar $7 milyard artıb. 26 sentyabr tarixinə ehtiyatların həcmi $713,3 milyard, 19 sentyabrda isə $712,6 milyard olub.

Rusiyanın beynəlxalq (qızıl-valyuta) ehtiyatları — Rusiya Mərkəzi Bankı və Rusiya hökumətinin sərəncamında olan yüksək likvidliyə malik xarici aktivlərdir. Bu ehtiyatlara xarici valyuta vəsaitləri, xüsusi borcalma hüquqları, monetar qızıl və Beynəlxalq Valyuta Fondundakı (BVF) ehtiyat mövqe daxildir.

Son xəbərlər
Digər xəbərlər