6 C
Baku
Sunday, December 15, 2024

Rusiyanın beynəlxalq ehtiyatları 8 mlrd. dollar azalıb

Rusiya Federasiyasının beynəlxalq ehtiyatları həftə ərzində 1,4% (və ya 8 mlrd. ABŞ dolları) azalaraq 23 sentyabr 2022-ci il tarixinə 549,7 mlrd. dollar təşkil edib.

Bu barədə Rusiya Mərkəzi Bankı məlumat verib.

Məlumata görə, 16 sentyabr 2022-ci il tarixinə Rusiyanın beynəlxalq ehtiyatları 557,7 mlrd. dollar təşkil edirdi.

Qeyd edək ki, Rusiya Bankı və Rusiya Federasiyası hökuməti tərəfindən saxlanılan yüksək likvidli xarici aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyutalardan, xüsusi borclanma hüququndan, BVF-də ehtiyat mövqeyindən və qızıldan ibarətdir.

 

 

Son xəbərlər
Digər xəbərlər