Rusiya Mərkəzi Bankı ölkənin beynəlxalq ehtiyatlarını açıqlayıb. Bildirilir ki, 15 iyula olan məlumata görə, Rusiyanın beynəlxalq ehtiyatları 565.3 milyard dollar təşkil edir.
Banker.az bu barədə “Rt.ru”ya istinadən xəbər verir.
Bundan əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirmişdi ki, ölkə iqtisadiyyatı üçün xarici şərtlər həmişəlik olmasa da, çoxdan dəyişib.