Rusiya Mərkəzi Bankı ölkənin beynəlxalq ehtiyatlarını açıqlayıb. Banker.az “Rt.ru”ya istinadən xəbər verir ki, 27 may tarixinə olan məlumata görə, Rusiyanın beynəlxalq ehtiyatları 589.6 milyard dollar təşkil edib.
“27 may tarixinə olan məlumata görə, beynəlxalq ehtiyatlar 589.6 milyard dollar təşkil edib və 6.2 milyard dollar və ya 1.1% artıb”, – deyə mesajda bildirilib.
Qeyd edilir ki, artım müsbət yenidən qiymətləndirmə nəticəsində olub.