Oktyabrın 24-nə olan vəziyyətə görə, Rusiyanın beynəlxalq ehtiyatları 731,2 milyard dollar təşkil edib və bir həftə ərzində 11,2 milyard dollar azalıb.
Bu barədə Rusiya Bankının materiallarında qeyd olunub.
Məlumatlarda bildirilir ki, 2025-ci il oktyabrın 24-ü tarixinə olan hesabata görə, beynəlxalq ehtiyatlar 731,2 milyard ABŞ dolları təşkil edib, həftə ərzində 11,2 milyard ABŞ dolları və ya 1,5 faiz azalıb.
Qeyd edək ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra Qərb ölkələri Rusiya Bankına qarşı sanksiyalar tətbiq ediblər. Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının dondurulması ilə yanaşı, Mərkəzi Bankın ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı bütün əməliyyatlar, eləcə də Mərkəzi Bank adından və ya onun tapşırığı ilə fəaliyyət göstərən istənilən hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatlar da qadağan edilib.







