17 C
Baku
Thursday, November 20, 2025

Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə $14,3 milyard artıb

Rusiya Bankının məlumatlarına görə, ölkənin beynəlxalq ehtiyatları bir həftə ərzində 14,3 milyard dollar artaraq 14 noyabr 2025-ci il tarixinə 734,1 milyard dollara çatıb.

7 noyabr tarixinə ehtiyatların həcmi 719,8 mlrd dollar təşkil edib.

Beynəlxalq ehtiyatlar — Rusiya Mərkəzi Bankı və Rusiya Federasiyası hökumətinin sərəncamında olan yüksək likvidliyə malik xarici aktivlərdir. Bu ehtiyatlara xarici valyuta vəsaitləri, xüsusi borcalma hüquqları, BVF-dəki ehtiyat mövqeyi və monetar qızıl daxildir.

Son xəbərlər
Digər xəbərlər