Rusiyanın beynəlxalq ehtiyatları yanvarın 21-nə 1.4 mlrd. dollar və ya 0.16% artaraq 639.6 mlrd. dollar təşkil edib.
Rusiya Bankının məlumatına görə, ehtiyatlar fiskal qaydaya uyğun olaraq valyuta alışları nəticəsində artıb və mənfi yenidən qiymətləndirmə ilə qismən kompensasiya edilib.
Qeyd edək ki, sözügedən göstərici tarixi maksmimum sayılır.