23 C
Baku
Friday, October 10, 2025

Rusiyanın beynəlxalq ehtiyatları tarixi maksimumu yeniləyib

Rusiyanın beynəlxalq ehtiyatları sentyabrın 26-dan oktyabrın 3-dək rekord 722,5 milyard dollara yüksəlib, bu barədə Rusiya Mərkəzi Bankının məlumatlarında bildirilir.

Həftə ərzində ehtiyatların həcmi 9,2 milyard dollar artıb. Artım əsasən mövcud aktivlərin müsbət yenidən qiymətləndirilməsi hesabına baş verib.

Sentyabrın 26-na olan məlumata görə, ehtiyatların həcmi 713,3 milyard dollar təşkil edib ki, bu da əvvəlki rekord olub.

Beynəlxalq (qızıl-valyuta) ehtiyatlar Rusiya Mərkəzi Bankı və hökumətin ixtiyarında olan yüksək likvidliyə malik xarici aktivlərdir. Onlar xarici valyutada olan vəsaitlərdən, Xüsusi Borcalma Hüquqlarından, Beynəlxalq Valyuta Fondundakı ehtiyat mövqeyindən və monetar qızıldan ibarətdir.

Son xəbərlər
Digər xəbərlər