18 C
Baku
Friday, October 24, 2025

Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 742 mlrd. dolları keçib

17 oktyabr tarixinə olan məlumata görə, Rusiya Federasiyasının beynəlxalq ehtiyatlarının həcmi 742,4 milyard ABŞ dollarına çatıb. Bu barədə Rusiya Mərkəzi Bankının məlumatlarında qeyd olunur.

10 oktyabr tarixinə olan göstəriciyə əsasən, Rusiyanın beynəlxalq ehtiyatları 729,5 milyard dollar təşkil edib. Beləliklə, bir həftə ərzində göstərici 12,9 mlrd dollar artıb. 3 oktyabr tarixinə ehtiyatlar 722,5 milyard dollar, 26 sentyabr tarixinə isə 713,3 milyard dollar səviyyəsində olub.

Rusiyanın beynəlxalq (qızıl-valyuta) ehtiyatları — Rusiya Mərkəzi Bankı və RF hökumətinin sərəncamında olan yüksək likvidliyə malik xarici aktivlərdir. Bu ehtiyatlara xarici valyutada olan vəsaitlər, xüsusi borcalma hüquqları, monetar qızıl və Beynəlxalq Valyuta Fondundakı (BVF) ehtiyat mövqeyi daxildir.

Son xəbərlər
Digər xəbərlər