“Rusiyanın bütün dünya üzrə dondurulmuş aktivləri Ukraynaya yönəldiləcək”.
Bunu Ukrayna prezidenti Volodimir Zelenskinin xüsusi nümayəndəsi, Ali Radanın deputatı Feyedor Venislavski bildirib.
Onun sözlərinə görə, Ukrayna həm Rusiyanın, həm də onun hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün xüsusi beynəlxalq tribunalın yaradılmasının tərəfdarıdır:
“Söhbət bu işğalı ehtiva edən cinayətdən gedir. Gələcək məhkəmə proseslərinin ikinci predmeti Rusiya Federasiyasının terrorçu fəaliyyəti, şəhərlərin, kəndlərin, vətəndaşların atəşə tutulması nəticəsində Ukrayna dəymiş maddi ziyanın ödənilməsidir. İndiyədək Ukraynaya dəymiş ziyan yarım trilyon ABŞ dollarını ötüb və bu məbləğ getdikcə artacaq. Bu, Ukrayna dəymiş birbaşa ziyanın məbləğidir. Minalı ərazilərin təmizlənməsi, ekologiyanın bərpası üçün nə qədər vəsaitin tələb olunacağını hesablamaq çətindir. Biz hələ minlərlə dinc sakinin qətlə yetirilməsi nəticəsində dəymiş misilsiz ziyandan danışmırıq. Lakin dəymiş birbaşa ziyanın məbləği 700 milyarda dollara qədərdir və Rusiyanın bütün dünya üzrə dondurulmuş aktivləri bu ziyanın bərpasına yönəldiləcək”, – deyə, o, əlavə edib.