10 C
Baku
Thursday, December 12, 2024

Rusiyanın cənubunda uçuş məhdudiyyətinin müddəti artırılıb

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti iyunun 30-dək uzadılıb.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərinə şamil olunur.

Sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə olunur.

Xatırladaq ki, Rusiya Ukraynada keçirilən hərbi əməliyyatlarla əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər