1 C
Baku
Saturday, December 14, 2024

Rusiyanın cənubunda uçuş qadağasının müddəti uzadılıb

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti iyulun 24-dək uzadılıb.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərinə şamil olunur.

Sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə olunur.

Regionda uçuşlara mövcud qadağanın müddəti iyulun 18-də bitməli idi.

Xatırladaq ki, Rusiya Ukraynada keçirilən hərbi əməliyyatlarla əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər