Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti avqustun 5-dək uzadılıb.
Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.
Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərinə şamil olunur.
Sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə edilir.
Regionda uçuşlara mövcud qadağanın müddəti iyulun 30-da bitməli idi.
Xatırladaq ki, Rusiya Ukraynadakı müharibə ilə əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi.