9 C
Baku
Monday, November 18, 2024

Rusiyanın cari əməliyyatlar profisiti kəskin artıb

Bu ilin yanvar-fevral aylarında Rusiyanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 39,2 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) tədiyə balansının ilkin göstəricilərinə dair qısa hesabatında deyilir.

Qeyd olunur ki, sözügedən göstərici illik ifadədə 2,6 dəfə artıb.

Bundan əlavə, tədiyə balansının metodologiyası ilə hesablanan məlumatlara görə, 2022-ci ilin ilk iki ayında Rusiyanın ticarət dövriyyəsinin müsbət saldosu 46,2 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur.

 

 

Son xəbərlər
Digər xəbərlər