7 C
Baku
Sunday, January 29, 2023

Rusiyanın Çindən avtomobil idxalı oktyabrda rekord 560 mln. dollara çatıb

2022-ci il 14-20 noyabr tarixində Çin Rusiyaya 3598 yeni minik avtomobili ixrac edib ki, bu da ümumi bazarın 31.2%-ni təşkil eləyib, Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Məlumata görə, Çin markaları arasında bu il noyabrın üçüncü həftəsində Rusiya sakinləri ən çox “Chery” avtomobillərini alıblar – 1333 ədəd. Növbəti sıralarda “Haval” (922 avtomobil) və “Geely” (713 avtomobil) yer alır.

Ümumilikdə, 2022-ci ilin oktyabrında Rusiyanın Çindən avtomobil idxalı 560 milyon dollara yüksəlib ki, bu da bu ilin yanvar ayı ilə müqayisədə 27% çoxdur. Qeyd edək ki, 2021-ci ildə bu göstərici 3.45 milyard dollar, 2020-ci ildə – 1.6 milyard dollar, 2019-cu ildə isə 1.7 milyard dollar olub.

Avtomobil idxalı strukturunda minik avtomobilləri üstünlük təşkil edir (1.08 milyard dollar), onun ardınca yük maşınları (1.06 milyard dollar), sonuncu pillədə isə ehtiyat hissələri (1.12 milyard dollar) gəlir.

Son xəbərlər
Digər xəbərlər
X