27 C
Baku
Saturday, June 29, 2024

Rusiyanın çökən bankları ilə niyə müqavilə imzalanır?

“Rusiya maliyyəçilərinin ölkədə iqtisadi vəziyyətin düzələcəyinə dair yaydığı məlumatlar yalandır”.

Bu sözləri  açıqlamasında Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov Azərbaycanın Avropa Birliyi və ABŞ tərəfindən sanksiyalar tətbiq olunmuş Rusiya bankı ilə əməkdaşlıq müqaviləsini şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, sözügedən müqavilə tamamilə siyasi əlaqələrə söykənir:

“Rubl məzənnədən kəskin düşüb. Belə bir vəziyyətdə Rusiya bankları ilə ehtiyatlı olmaq lazımdır. Çünki tətbiq olunan sanksiyalar günü-gündən artır və sərtləşir. Belə baxanda, Azərbaycan-Rusiya əlaqələri yüksək səviyyədə, iqtisadi və humanitar münasibətlər normal olduğu üçün hələlik buna ehtiyac var. Ancaq onu da qeyd etmək lazımdır ki, burda önəmli bir məqam siyasi tərəflərin olması ilə bağlıdır. Azərbaycan tərəfi də məhz siyasi tərəflərə uyğun olaraq bu addımı atır. Bu məsələ vaxtı gələndə öz həllini tapacaq. Rublun məzənnədən düşməsi bundan sonra da davam edəcək. Baxmayaraq ki, Rusiyada maliyyəçilər vəziyyətin düzələcəyinə dair məlumatlar yayırlar, amma bu, real deyil. “Böyük 20-liy”in sammitində bir daha təsdiq olundu ki, Rusiyaya qarşı çox ciddi ittihamlar var. Ona görə də bu problem hələ çəkəcək. Müqaviləyə gəldikdə isə hesab edirəm ki, çox ciddi reaksiya vermək lazım deyil. Çünki müqavilənin işləyib-işləməyəcəyi hələlik dəqiq deyil. Ancaq münasibətləri də korlamaq olmaz”.

Xatırladaq ki, noyabrın 14-də Azərbaycan Beynəlxalq Bankı Rusiyanın “Roseksimbank”ı ilə əməkdaşlıq sazişi imzalayıb.

Son xəbərlər
Digər xəbərlər