Rusiyanın Covid-19 əleyhinə “Sputnik V” peyvəndinin bir dozası beynəlxalq bazarda 10 dollardan aşağı qiymətə satılacaq.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Bildirilir ki, Rusiya vətəndaşları üçün bu peyvənd tamamilə pulsuz olacaq.
Daha əvvəl verilən məlumata görə, “Sputnik V” peyvəndinin təsirliliyi 91,4% təşkil edir. Tərtibatçılar vurğulayırlar ki, analoji təsirliliyə malik olan amerikan analoqları (“Pfizer” və “BioNTech”, “Moderna” şirkətlərinin təqdim etdiyi nümunələr) qat-qat baha qiymətə satılacaq – müvafiq olaraq 19,5 və 32-37 dollar.
Oksford peyvəndinin inkişafetdiriciləri – “AstraZeneca” şirkəti və Oxford Universiteti – preparatlarının 4-5 dollar qiymətinə satılacağını bildiriblər. Məhz buna görə də “AstraZeneca”nın peyvəndinə tələb daha çoxdur. Qeyd edək ki, üstünlüklərə baxmayaraq bu peyvəndin təsirliliyi cəmi 70% təşkil edir.