13 C
Baku
Sunday, November 24, 2024

Rusiyanın dərman şirkəti Azərbaycandan gedir

“Nijnoqorodskiyximiko-farmasevtiçeskiy zavod” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (qısaldılmış adı “Nijfarm” SC ARN) cəmiyyətin yeganə təsisiçisi olan “NİDDA LİNKS S.A.R.L.” şirkətinin 4 aprel 2024-cü il tarixli qərarı ilə ləğv edilir.

Kreditorlar ləğv edilən hüquqi şəxsə qarşı tələbləri ilə əlaqədar 60 gün ərzində AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 49C nömrəli ünvanda, 11-ci mərtəbəyə müraciət edə bilərlər.

“Nijfarm” Rusiyanın aparıcı farmasevtika şirkətlərindəndir. Şirkətin məhsul portfelinin əsas istiqamətləri – qastroenterologiya, dermatologiya, ginekologiya, urologiya, revmatologiya və pediatriyada istifadə olunan dərman preparatlarıdır.

Son xəbərlər
Digər xəbərlər