27 C
Baku
Saturday, July 27, 2024

Rusiyanın daha bir aviaşirkəti Moskvadan Bakıya uçuşlara başlayır

Rusiyanın “Red Wings” aviaşirkəti mayın 4-dən Moskvadan Bakıya birbaşa müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.

Bu barədə şirkətin məlumatında bildirilir.

Məlumata görə, aviareyslər Moskva-Bakı istiqamətində mayın 4-dən başlayaraq həftənin cümə axşamı və bazar günləri, Bakı-Moskva marşrutu üzrə isə mayın 5-dən etibarən bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Səyahət müddəti 3 saat 30 dəqiqə olacaq. Uçuşlar 100 yerlik müasir komfortlu “SSJ100” təyyarələri ilə həyata keçiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər