Rusiyanın “Utair” aviaşirkəti Azərbaycana reyslərin sayını artırıb.
Bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, “Utair” aviaşirkəti Surqut-Bakı (Azərbaycan) arasında növbəti reys açıb. Artıq Surqut-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – bazar ertəsi və çərşənbə günləri həyata keçirir.
Surqutdan uçuşlar səhərlər, Bakıdan axşamlar yerinə yetiriləcək.
Qeyd edək ki, “Utair” Rusiyada “Aeroflot”, S7 və “Ural Hava Yolları”ndan sonra dördüncü ən böyük aviaşirkətdir.