Rusiyanın daha bir şirkəti BTQ ilə yüklərin nəqlinə başlayıb

İstifadəyə verildiyi gündən 2 ildən bir qədər artıq vaxt keçməsinə baxmayaraq, dəmir İpək Yolu adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoluna maraq artmaqda davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən  verilən məlumata görə, layihənin mövcud imkanları və potensialı, bu yolla yüklərin nəqlinin əlverişliliyi, daşınan yüklərin həcminin artırılmasına səbəb olub.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Məlumata əsasən, fəaliyyətinin əsas istiqamətlərindən biri, Azərbaycandan keçən tranzit marşrutlarına yeni növ yüklərin cəlb edilməsi olan, “ADY Express” MMC, Bakı-Tbilisi-Qars dəmir yolunun geniş imkanlarından istifadə edərək, daha bir dünya miqyaslı iri istehsalçını bu yoldan istifadə etməsinə nail olub. Bu dəfə MMC Rusiyanın “Evraz” şirkətinin Türkiyə bazarına çıxartdığı məhsulunu BTQ dəmir yolu ilə daşımağa başlayıb.

“ADY Express” şirkətinin təqdim etdiyi 30 vaqon Rusiyanın Sverdlovsk vilayətinin Smıçka stansiyasında dəmir külçələrlə yüklənərək yola salınıb. Yük vaqonları 5175 km məsafəni qət edərək, Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatdırılıb. Yükün ümumi çəkisi 2053 tondur. Bu “Evraz” şirkətinin BTQ dəmir yolu ilə nəql olunan ilk yükləridir. Hazırda test rejimində daşınan yüklərin həcminin daha sonra dəfələrlə artırılması nəzərdə tutulur. “Evraz” bu yolla hər ay 30-40 min ton yükün nəql edilməsini planlaşdırır. Şirkət bundan başqa, BTQ vasitəsi ilə Türkiyəyə iri həcmdə kömür nəql edilməsini arzulayır.

Qeyd edək ki, “Evraz” dünyanın ən iri metallurgiya və dağ-mədən şirkətlərindən biridir. Şirkətin aktivləri Rusiya, ABŞ, Kanada, Çexiya, İtaliya, CAR, Türkiyə və Qazaxıstan kimi ölkələrdə cəmləşdirilib. Dünyanın iri polad istehsalçılarından biridir. Polad istehsalına görə, dünyada 15-ci yerdədir. Şirkət Şimali Amerika və Avropada metallurgiya sənayesinin liderləri sırasındadır.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları