Rusiya Federasiyasının Tomsk vilayəti ilk dəfə Azərbaycana dondurma ixracına başlayıb.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatına əsasən, Azərbaycana göndərilmiş ilk məhsul partiyasının həcmi 5.27 ton təşkil edib.
“İxrac partiyasının hazırlanması zamanı RF-dən Azərbaycana ixrac edilən məhsulların üzərindəki etiketlərin rəsmiləşdirilməsi ilə bağlı 1 aprel 2023-cü il tarixindən qüvvəyə minmiş yeni qaydalar nəzərə alınıb. Belə ki, dondurmaların etiketləri üzərindəki məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub. Partiyanın daşınması Azərbaycanla razılaşdırılmış baytarlıq sertifikatının müşayiəti ilə avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir”, – deyə “Rosselxoznadzor” qeyd edir.