Rusiyanın daha iki aviaşirkəti Samaradan Bakıya uçacaq

Rusiyanın iki aviaşirkəti Samaradan Bakıya birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, iyunun 8-dən etibarən “Nordwind” aviaşirkəti, iyunun 15-dən etibarən isə “S7 Airlines” aviaşirkəti Samara-Bakı-Samara aviareysi üzrə uçuşlara başlayacaq.

“Hər iki şirkət sözügedən marşrut üzrə həftədə bir aviareys yerinə yetirəcək. “Nordwind” həftənin II günləri, S7 isə III günləri uçacaq”, – hava limanından bildirilib.

Qeyd edək ki, mayın 20-dən etibarən Rusiyanın “IrAero” şirkəti” Samara-Bakı marşrutu üzrə uçuşlara start verib. Bu gündən etibarən isə Rusiyanın “Ural Airlines” şirkəti də sözügedən aviareys üzrə uçuşlara başlayacaq. Hər iki şirkət həftədə bir uçuş yerinə yetirir.

Xatırladaq ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Krasnoyarsk, Omsk, Norilsk, Ufa , Mineralnıye Vodı, Perm və Həştərxan şəhərlərindən Bakıya uçuşlar yerinə yetirilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.