8 C
Baku
Monday, November 18, 2024

Rusiyanın daha iki şəhərindən Azərbaycana uçuşlar olacaq

Rusiyanın “IrAero” aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə uçuşların yeni istiqamətini açır.

Novosibirskdən Bakıya uçuşlar həftədə iki dəfə cümə və bazar günləri, Bakıdan Novosibirskə isə çərşənbə və şənbə günləri həyata keçiriləcək.

“İlk Novosibirsk-Bakı reysi martın 31-nə planlaşdırılıb. Novosibirskdən təyyarə saat 14:00-da (GMT +7) yola düşəcək və Bakıya saat 15:40-da (GMT +4) çatacaq. Uçuş müddəti 4 saat 40 dəqiqə olacaq. Geri reys saat 23:10-da həyata keçiriləcək və Novosibirskə saat 06:00-da enəcək. Uçuş müddəti 3 saat 50 dəqiqə olacaq”, – “IrAero”-nun uçuş cədvəlində yazılıb.

Bundan başqa, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) “IrAero”-nun Omskdan Bakıya uçuşlar həyata keçirməsinə də icazə verib. Aviaşirkət Azərbaycan paytaxtına həftədə üç dəfə uçmağı planlaşdırır.

Qeyd edək ki, bu gün Omsk aerportundan Bakıya birbaşa reyslər həyata keçirilmir.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, 28 mart 2023-cü il saat 06:00-dan etibarən əcnəbi vətəndaşların və digər ölkələrin daima orada yaşayan vətəndaşlarının, həmçinin vətəndaşlığı olmayan şəxslərin Azərbaycana girişi zamanı onlardan COVID-19 pasportu təqdim etmələri tələb olunmayacaq.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər