26 C
Baku
Saturday, July 27, 2024

Rusiyanın deputatı koronavirusa yoluxub

Rusiyanın Dövlət Dumasının Vahid Rusiya partiyasından sədri Vitali Milonovda koronavirus aşkarlanıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

“Koronavirus. Özümü təcrid etmişəm”, – agentliyə bildirib.

Qeyd edək ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, parlamentdə 130 deputat koronavirus keçirib, ya da hazırda onun daşıyıcısıdır. Onun sözlərinə görə, hazırda 28 nəfər COVID-19 ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər