8 C
Baku
Sunday, November 17, 2024

Rusiyanın dövlət borcu $26.5 mlrd. azalıb

Aprelin 1-nə olan məlumata görə, Rusiyanın dövlət borcu 453.5 milyard dollar təşkil edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

İlin əvvəlindən bəri göstəricilər 5.5% və ya 26.5 milyard dollar azalıb, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Tənzimləyici izah edir ki, buna əsasən “digər sektorların xarici borcunun azalması” təsir göstərib.

Xatırladaq ki, fevralda Qərb ölkələri Rusiyanın dövlət borcuna qarşı sanksiyalar tətbiq edib. Aprel ayında isə ABŞ Rusiyaya xarici kreditləri ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etməyə qadağa qoyub. Rusiya Prezidenti Vladimir Putin xarici kreditləri dost olmayan dövlətlərə rublla ödəməyi tapşırıb.

Son xəbərlər
Digər xəbərlər