Rusiya, Azərbaycan və İran enerji sistemlərinin birləşdirilməsi istiqamətində işi gücləndirməlidir.
Bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov İranın energetika naziri Əli Əkbər Mehrabianla görüşündə deyib.
“Layihənin həyata keçirilməsində nəzərə alınmalı olan prioritet məsələlərdən biri Rusiya və İranın enerji sistemlərinin etibarlılığının və onların paralel işləməsinin sabitliyinin təmin edilməsidir”, – Rusiyanın Energetika Nazirliyinin rəhbəri qeyd edib.
Rusiya Energetika Nazirliyinin bəyanatında deyilir ki, İran istilik elektrik stansiyalarının tikintisində və Rusiya enerji avadanlıqlarının, o cümlədən qaz turbinlərinin öz ərazisindəki layihələrdə istifadəsində, Rusiya şirkətləri isə qaz turbinləri sahəsində birgə istehsalda maraqlıdırlar.