20 C
Baku
Wednesday, April 24, 2024

Rusiyanın Futbol Federasiyasının prezidenti istefa verdi

Rusiya baş nazirinin müavini Vitaliy Mutko Rusiya Futbol Federasiyasının prezidenti vəzifəsini tərk edib.

Banker.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyası məlumat yayıb.

“Vitaliy Mutko Rusiya Futbol Federasiyasının prezidenti postunu tərk edir”- məlumatda qeyd olunub.

Mutko hələ ötən ilin dekabrında bəyan edib ki, İdman Arbitraj Məhkəməsinin araşdırması zamanı Rusiya Futbol Federasiyasının prezidenti vəzifəsini dayandıracaq.

Mutko Beynəlxalq Olimpiya Komitəsinin onu ömürlük olimpiadaları izləməkdən məhrum etdiyi barədə çıxardığı qərardan İdman Arbitraj Məhkəməsinə iddia ərizəsi verib.

2019-cu ilin fevralınadək Futbol Federasisiyasına Rusiya futbol çempionatının rəhbəri Sergey Pradkin rəhbərlik edəcək. 2019-cu il 22 fevralda isə növbədənkənar konfrans keçiriləcək və qurumun yeni prezidentini seçəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər