8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Rusiyanın iki aviaşirkətinə Omskdan Bakıya uçuşlar üçün icazə verilib

Rusiyanın iki aviaşirkətinə Omskdan Bakıya uçuşlar yerinə yetirmək üçün icazə verilib.

Regional hava limanlarından beynəlxalq uçuşlar üçün icazələrin verilməsi ilə bağlı Agentliyin əmrinə əsasən, “Nordwind Airlines” və “İkar” şirkətlərinə həftədə 7 uçuş planlaşdırmağa icazə verilib.

Xatırladaq ki, bu il artıq Omsk-Bakı marşrutu üzrə uçuşlara start verilib. Lakin “Ural Airlines” aviaşirkəti sözügedən aviareys üzrə cəmi üç uçuş həyata keçirsə də, sonradan uçuşlar ləğv edilib.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər
X