15 C
Baku
Şənbə, May 28, 2022

Rusiyanın ikinci ən böyük bankı sanksiyalarla bağlı açıqlama yaydı

ABŞ VTB və bir sıra digər iri Rusiya banklarına qarşı sanksiyalar tətbiq edir, onların ölkədəki aktivlərini dondurur.

Banker.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın “VTB” bankı bununla bağlı açıqlama verib.

Bildirilib ki, VTB müştərilərə mənfi təsirləri minimuma endirmək üçün sanksiyalara qarşı mübarizə üçün bir sıra planlar hazırlayıb. ABŞ ın Rusiyaya qarşı maliyyə sanksiyaları Rusiya banklarının müştərilərinə heç bir zərər gətirməyəcək.

Qeyd edək ki, ABŞ “VTB” də daxil olmaqla bir sıra digər iri Rusiya banklarına qarşı sanksiyalar tətbiq edib.

Son xəbərlər
Oxşar xəbərlər