11 C
Baku
Saturday, November 16, 2024

Rusiyanın ilk pilotsuz avtobusu təqdim olundu

Rusiyanın “Volgabus” şirkətlər qrupu ölkədə ilk pilotsuz avtomobilin prototipini təqdim edib.

RBK-nın verdiyi məlumata görə, nəqliyyat vasitəsi 6 sərnişin üçün nəzərdə tutulub.

Model elektrik mühərriki, üç növ sensor, naviqasiya və oriyentasiya sistemi ilə təchiz edilib. Avtobus real rejimdə yoldakı vəziyyəti təhlil edə bilən proqram təminatına malikdir.

Bundan başqa, “Volgabus” pilotsuz “MatrEşka” platformasını da təqdim edib. Bu modul şassinin əsasında müxtəlif təyinatlı modellər – sərnişin, yük və kommunal maşınlar yaradılacaq. Şirkətdən bildiriblər ki, “MatrEşka” yükləri daşımaq, ekskursion və korporativ nəqliyyat kimi çalışmaq, mobil ofis kimi xidmət göstərmək qabiliyyətinə malikdir./Lent.az

Son xəbərlər
Digər xəbərlər