8 C
Baku
Friday, December 13, 2024

Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfərə gəlir

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov martın 7-də Azərbaycana işgüzar səfərə gəlir.

Səfər çərçivəsində nazirin azərbaycanlı həmkarı, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşü gözlənilir.

M.Reşetnikov, həmçinin rusiyalı və azərbaycanlı sahibkarlarla görüşəcək və Rusiyaya məxsus müəssisəyə baş çəkəcək.

Qarşıdakı görüşlərdə tərəflər ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini, həmçinin birgə layihələrin təşviqi perspektivlərini nəzərdən keçirəcəklər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər